Qadın küçədə huşunu itirdi - ANBAAN VİDEO

18-12-2021, 07:20           
Qadın küçədə huşunu itirdi - ANBAAN VİDEO
Küçədə halı pisləşən qadın huşunu itirərək yıxılıb.

Oxu.Az xəbər verir ki, Balakəndə baş verən hadisə ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, videoda orta yaşlı qadının bir anda yerə yıxıldığı əks olunub. Ərazidə xidmət aparan polis əməkdaşı qadına yaxınlaşaraq ona kömək edib.

Qısa zamanda ətrafdakı insanlar da qadına kömək etmək üçün polis əməkdaşına dəstək olmağa çalışıblar.

Xanımın vəziyyəti yaxşılaşıb və o, göstərilən yardıma görə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru