Masallı sakini güllələndi

18-12-2021, 07:12           
Masallı sakini güllələndi
Masallıda güllələnmə hadisəsi baş verib. Yerli KİV-lərin verdiyi xəbərə görə, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, 1969-ci il təvəllüdlü Ağamalıyev Balayar Fətulla oğlu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin sol nahiyəsinin odlu silah yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, Ağamalıyev Bakıda yaşayır. Qarğalıq kəndində yeni ev tikdiyindən qardaşı ilə aralarında münaqişə yaranıb. Hadisə də həmin həyətdə baş verib. Lakin hadisənin təfərrüatı hələlik məlum deyil. Onun necə və kim tərəfindən vurulduğunu görən olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru