Hindistanda elektrik cərəyanı azı 600 fili öldürüb

18-12-2021, 09:11           
Hindistanda elektrik cərəyanı azı 600 fili öldürüb
Hindistanda son 10 ildə ən azı 600 vəhşi fil elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə “Deccan Herald” qəzeti məlumat yayıb.

Heyvanların əksəriyyəti Karnataka (116 fil) və Odişa (117 fil) ştatlarında tələf olub. Bununla yanaşı, son bir neçə ildə belə faciəvi halların sayı xeyli azalıb.

Qəzetin yazdığına görə, bu cür hadisələrin əsas səbəbi insan fəaliyyəti nəticəsində heyvanların yaşayış sahəsinin azalmasıdır. Bundan əlavə, yerli sakinlər çox vaxt elektrik xətlərinə qanunsuz qoşulurlar və naqillər tələb olunan 5,5 metr hündürlük əvəzinə yerə asılır.

Mühafizə təşkilatları hakimiyyət orqanlarından elektrik xətlərinə xidmət göstərərkən təhlükəsizliyə nəzarəti gücləndirməyi, habelə dövlət inkişaf layihələrini hazırlayarkən vəhşi fillərin miqrasiya zamanı 500-700 km məsafə qət etdiyini nəzərə almağı tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru