Ərbildə sel gəldi, 12 ölü

18-12-2021, 10:09           
Ərbildə sel gəldi, 12 ölü
İraqın Ərbil şəhərində dünən gecədən etibarən yağan güclü yağış daşqınlara səbəb olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, aralarında bir nəfər Türkiyə vətəndaşı da olmaqla, 12 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Bağdaddakı səfirliyi başsağlığı mesajı yayıb.

Ərbilin Dara Tu qəsəbəsini sel vurub. Gecə boyu yağan yağış onlarla evi su altında qoyub.

Böyük dağıntıların baş verdiyi üç məhəllədə 10 aylıq körpə ölüb.

Bir nəfərin ildırım vurması nəticəsində öldüyü açıqlanıb.

Daşqından zərər çəkənlərə kömək üçün gələn Mülki Müdafiə Müdirliyinə məxsus avtomobil də su altında qalıb. İçindəki dörd nəfəri son anda xilas etmək mümkün olub.

Ərbil valisi Ümit Hüsnav daşqın bölgəsində vəziyyətin nəzarət altına alındığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru