Bakıda tuneldə ağır qəza baş verib - FOTO

18-12-2021, 09:17           
Bakıda tuneldə ağır qəza baş verib - FOTO
Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.

Teref.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.

1992-ci il təvəllüdlü Atabəy Ramazanlı yüksək sürətlə idarə etdiyi "Chevrolet" markalı avtomobillə "Mercedes" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra "Kia" markalı maşına çırpılıb. Zərbənin gücündən "Chevrolet" beton divara da dəyib. Qəza nəticəsində A.Ramazanlı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis təhlükəsizlik məqsədilə tunelin Qələbə dairəsi istiqamətinə olan hissəsini bağlayıb. Qəzaya uğrayan avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru