Bakıda sərxoş kişi evini yandırıb, arvadı xəsarət alıb

19-12-2021, 11:46           
Bakıda sərxoş kişi evini yandırıb, arvadı xəsarət alıb
Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə Sabunçu rayonunda qeydə alınıb. “İkinci mədən” adlanan ərazidə Məmmədov Elşən Məsud oğlu öz evini yandırıb. Hadisə zamanı E.Məmmədov və həyat yoldaşı Məmmədova Reyhan Aydəmir qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisəni törədən E.Məmmədov sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru