Avstraliyada təyyarə qəzası olub, ölənlər var

19-12-2021, 12:29           
Avstraliyada təyyarə qəzası olub, ölənlər var
Avstraliyanın Kvinslend ştatının Redkliff şəhəri yaxınlığında yüngül təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Kvinslend ştatının polisi məlumat yayıb.

“Bu səhər Redklif yaxınlığında baş verən təyyarə qəzasında 4 nəfər həlak olub”, - deyə məlumatda bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “kiçik təyyarə Redklif sahillərində sulara düşüb”, insident yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 03:00) baş verib.

Təyyarədə neçə nəfərin olduğu barədə hələlik məlumat verilmir. Hazırda faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru