İğdır-Ankara avtobusu aşdı – 2 Naxçıvan sakini həlak olub 19-12-2021, 12:06 Bu gün Türkiyənin İğdır rayonundan Ankaraya hərəkət edən avtobusun aşması nəticəsində 2 Naxçıvan sakini həlak olub.Bu barədə Naxçıvandakı mənbələr məlumat verir.Hadisə Qars rayonu ərazisində pis hava şəraitinə görə baş verib. Qəzada ikisi naxçıvanlı olmaqla 4 nəfər ölüb, 25 nəfər yaralanıb.Həlak olanların kimliyi dəqiqləşdirilir. Facebook-da paylaş