Daha bir təyyarə qəzaya uğradı - QURBANLAR VAR

20-12-2021, 07:12           
Daha bir təyyarə qəzaya uğradı -
Dekabrın 19-da səhər saatlarında Avstraliyanın şərq sahillərində yüngül mühərrikli təyyarə suya düşərək qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub.

69 yaşlı pilotun üç sərnişini (bir kişi və iki uşaq) gəzintiyə çıxardığı bildirilir.

Təyyarə havaya qalxdıqdan az sonra Brisben şəhərinin şimal-şərqindəki bataqlıq əraziyə düşüb.

Polis həlak olanların şəxsiyyətini müəyyənləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru