Kosmosa səyahətə gedən milyarder yerə qayıtdı

20-12-2021, 10:23           
Kosmosa səyahətə gedən milyarder yerə qayıtdı
Yapon milyarder Yusaku Maezava 12 günlük kosmos səyahətindən sonra Yerə qayıdıb.

"Unikal" xəbər verir ki, 46 yaşlı Yusaku Maezava dekabrın 8-də köməkçisi Yozo Hirano və rusiyalı kosmonavt Aleksandr Misurkinlə Qazaxıstanın Baykonur kosmodromundan yola düşüb və yenidən Qazaxıstana ayaq basıb.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, “turist” kosmik gəmisi Soyuz MS-20-nin uçuşu ilə həyata keçirilib.

Meazava "YouTube" kanalında təxminən 12 günlük kosmos həyatını paylaşıb. Yapon milyarder platformadakı 1 milyon izləyicisinə kosmosda dişləri necə fırçalamaq və duş qəbul etmək lazım olduğunu da danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru