Musa Quliyev o boyda nöqsanın içində görün, NƏYİ TAPDI...

20-12-2021, 17:41           
 Musa Quliyev o boyda nöqsanın içində görün, NƏYİ TAPDI...
“Qanun layihəsində 39-cu maddədə audiovizual yayımçının vəzifələri göstərilib. Bu sırada 39.1.2-ci maddə də yer alır. Bu maddəyə əsasən, tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək audiovizual yayımçının vəzifəsidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda tütün məhsullarının görüntüsünü yaymaq televiziyalarda da, tamaşalarda da qadağan olunur: “Media haqqında” qanunda bu maddənin olması yersizdir. Ona görə bu maddə ya çıxarılmalıdır, əgər çıxarılmayacaqsa, bilsinlər ki, bu bizim qəbul etdiyimiz qanunla ziddiyyət təşkil edir. //APA//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru