“Kalaşnikov”la fotosu yayılan vəzifəli şəxs barədə iki nazirlik açıqlama yaydı - FOTO

21-12-2021, 00:04           
“Kalaşnikov”la fotosu yayılan vəzifəli şəxs barədə iki nazirlik açıqlama yaydı - FOTO
“Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun məsuliyyətsiz hərəkətlərinin şəklini paylaşması böyük təəssüf doğurur”.

Teref.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib.

“Həmin şəxlər məsuliyyətsiz hərəkət ediblər. Onların izahatları alınır, araşdırma aparılır”, - deyə o qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə yayılan şəkilləri ilə bağlı açıqlama verib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirib ki, məsələ barədə araşdırma aparılır:

“Məsələdən məlumatlıyıq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru