Azərbaycanlılar yaşayan kənddə atışma - YARALANAN VAR 21-12-2021, 08:55 Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində atışma olub.Qafqaz.media xəbər verir ki, naməlum şəxslər gənci avtomobilində vuraraq qaçıblar.Təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılan yaralı təcili əməliyyat olunub.Klinika xəstənin vəziyyətinin ağır olduğunu bildirib.Hadisənin təfərrüatı barədə məlumat verilməyib. Facebook-da paylaş