Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü

22-12-2021, 16:59           
Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü
Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 90 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub.

Piyadalar – 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.

Əlavə edək ki, 90 DR 500 nömrəsi daha öncə “Lexus” markalı avtomobildə də olub. Həmin maşının fotolarını təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru