Sərxoş tutuquşular şəhəri istila etdi - FOTO

23-12-2021, 10:26           
Sərxoş tutuquşular şəhəri istila etdi - FOTO
Avstraliyanın Brum şəhərinin sakinləri sərxoş tutuquşuların istilasına məruz qalıblar. Məlumata görə, buna səbəb lələklilərin qıcqırmış manqo ilə qidalanması olub.

Kimberli bölgəsində manqo mövsümünün sonunda düşmüş meyvələr çürüməyə başlayır, həmçinin günəşə görə fermentasiya prosesi başlayır. Şəkəri yüksək olan manqo fermentləşərək spirt istehsal edir.


Meyvələr quşları cəlb edib, buna görə də şəhərdə sərxoş tutuquşuların istilası baş verib. Qırmızı qanadlı tutuquşular acgözlüklə qıcqırmış şirəni içiblər.

Bəzi quşlar bundan sonra çox yaşamırlar: çünki yırtıcılar üçün asan ova çevrilirlər. Bəzi sakinlər isə onları yerli baytarlara aparır.

Quşlarda etanol zəhərlənməsi müəyyən olunub. Baytarlar hesab edir ki, bir çox tutuquşu vaxtında yardım almadığı üçün ölüb.

“Onlar adətən bir neçə gün əziyyət çəkirlər. Alkoqolun təsiri altında çox yuxulu və qida çatışmazlığının müxtəlif mərhələlərində olurlar. Bu vəziyyətdə tutuquşular pişiklərə və digər yırtıcılara qarşı həssasdırlar”, - deyə yerli baytarlardan biri deyib.




Mənbə: “The Fox Melbourne”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru