Bakıda “BakuBus”ın avtobusu qəzaya uğrayıb - FOTO

23-12-2021, 08:44           
Bakıda “BakuBus”ın avtobusu qəzaya uğrayıb - FOTO
Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Teref.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Müşviq və Hüseyn Cavid küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Saipa" markalı maşının sürücüsü dönərkən sükana nəzarəti itirərək nəqliyyat vasitəsini "BakuBus" MMC-yə məxsus 3 nömrəli marşrut xətti üzrə hərəkət sərnişin avtobusuna çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru