Gürcüstanda inşaat çökdü, ölən və yaralananlar var - Video 23-12-2021, 11:04 Gürcüstanın qərbində inşaat konstruksiyası çöküb.“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər işçi ölüb, daha bir neçə nəfər isə yaralanıb.İnşaat işləri Gürcüstanın Avtomobil Yolları Departamenti tərəfindən icra olunub.Ölkənin Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıb. Hadisənin detalları araşdırılır. Facebook-da paylaş