Tehranda bazarların birində partlayış baş verib. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Partlayış nəticəsində azı 2 nəfər ölüb. Hadisə yerində dağıntılar arasında axtarış-xilasetmə işləri aparılır. İlkin versiyaya görə, insident qaz balonunun partlaması nəticəsində baş verib.