8 dəfə peyvənd olundu: 9-cu dəfə gedəndə... - 33 yaşlı şəxsdən İNANILMAZ ƏMƏL

25-12-2021, 07:30           
8 dəfə peyvənd olundu: 9-cu dəfə gedəndə... -
Belçikada adı açıqlanmayan şəxs 8 dəfə koronavirus peyvəndi olunub. 9-cu dəfə peyvənd olunmağa gedəndə isə həbs edilib.

Turkustan.az xəbər verir ki, 33 yaşlı şəxs peyvənd olunmadan sertifikat əldə etmək istəyən şəxslərdən pul alaraq, onların əvəzinə peyvənd olunub. Sakin tibbi mərkəzə həmin şəxslərin sənədləri ilə müraciət etdiyinə görə, fərq edilməyib. Lakin tibb bacıları eyni şəxsin bir neçə dəfə peyvənd olunduğunu müşahidə edəndə polisə məlumat verib. Məlum olub ki, o peyvənd sertifikatlarını 100-150 avro qarşılığında satıb. Həkimlərin sözlərinə görə, peyvəndlər onun həyatı üçün təhlükə yaratmayacaq.

Lakin normadan çox peyvənd olunmağın virusa qarşı daha yaxşı təsir edəcəyini də irəli sürmək olmaz. Sakinə cəza veriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru