Fransada canavar sürüsü qəfəsdən qaçdı

26-12-2021, 10:06           
Fransada canavar sürüsü qəfəsdən qaçdı
Fransanın cənubundakı Montredon şəhərindəki zooparkda 9 canavar qəfəsdən qaçıb.

Hadisə zooparkın ziyarətçilər üçün açıq olduğu günorta saatlarında baş verib.

Yırtıcılar qapalı vəziyyətdən qaça bilsələr də, zooparkdan çıxa bilməyiblər. Hadisə nəticəsində insanlardan xəsarət alan olmasa da, “təhlükəli davranış” səbəbindən dörd canavar güllələnib. Qalanları isə qəfəslərinə qaytarılıb.

Canavar sürüsü qaçdıqdan sonra təhlükəsizlik məsələləri həll olunana qədər zoopark müvəqqəti olaraq bağlanıb.

Qeyd edilir ki, zooparkın bağlanması ilk dəfə deyil. Ötən ilin oktyabrında Fransanın Ekologiya və Davamlı İnkişaf Nazirliyi “heyvanların rifahı və personalın təhlükəsizliyi” naminə onun işini müvəqqəti olaraq qadağan etmişdi, lakin bir neçə gün sonra məhkəmə bu qərarı ləğv etdi və zooparkın fəaliyyətini davam etdirməsinə icazə verdi.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru