Afrika ölkəsində qadın diri-diri basdırılmış körpəni xilas etdi

27-12-2021, 08:32           
Afrika ölkəsində qadın diri-diri basdırılmış körpəni xilas etdi
Zimbabve sakini yeni doğulmuş körpənin həyatını xilas edib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə ölkənin Qokve şəhəri yaxınlığındakı kənddə baş verib.

Qadın küçə ilə gedərkən qonşunun yeni doğulmuş uşağını torpağa basdırdığını görüb. Xilaskarın dediyinə görə, uşağın ancaq burnu çölə çıxıb və gözləri görünüb. Xanım hadisə barədə polisə məlumat verib.

Ana isə öz hərəkətini belə izah edib ki, körpənin atası ondan imtina edib və əgər ata körpəni atıbsa, deməli, ona baxacaq başqa heç kim yoxdur.

Mənbə: 360tv.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru