-30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq xilas edildi - VİDEO

28-12-2021, 09:52           
-30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq xilas edildi - VİDEO
Rusiyanın Xabarovsk diyarında -30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq təcili tibbi yardım maşınının sürücüsü tərəfindən xilas edilib.

Məlumata görə, xəstə yanında olan həkimi gözləyən sürücü uzaqda bir uşağına əyilib-qalxdığını görür. Onun əvvəlcə oynadığıını zənn etsə də, az sonra uşağınr yanında heç kimn olmaması onu şübhələndirir. Yaxınlaşanda isə azyaşlının üzərində demək olar ki, paltar olmadığını görüb, dərhal xəstəxanaya aparır.

Məlum olub ki, uşağın məktəbli olan xalası səhər dərsə gedəndə qapını möhkəm örtməyib. Atasının yanında yatan uşaq isə rnəzarətsizlikdən istifadə edib çölə çıxıb.

Balacanın anası isə həmin vaxt öz valideynlərinin evində olub.

Həkimlər oğlana ümumi hipotermiya və hər iki ayağında donma diaqnozu qoyublar.

Artıq uşaq xəstəxanadan buraxılıb.


Mənbə: RT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru