Monteneqroda bank filialını partlatmaqla hədələyən kişinin müraciəti yayıldı - FOTO/VİDEO

29-12-2021, 00:02           
Monteneqroda bank filialını partlatmaqla hədələyən kişinin müraciəti yayıldı - FOTO/VİDEO
Monteneqroda Edin Begziç adlı şəxs ölkənin cənubundakı Bar şəhərində NLB bankının filialını ələ keçirib və onu partlatmaqla hədələyib.

Həmin şəxs videomüraciət yayıb və orada Sloveniyanın NLB bankına “işçilərdən oğurlanan” pulları qaytarmağa çağırış edib.

“Bu bank hələ 2010-cu ildə vicdanlı vətəndaşlardan, Primorye işçilərindən pul oğurlayıb. Onlara son sent və faiz ödənilənə qədər bankı nəzarətdə saxlayacağam”, - deyə Beqziç bildirib.

Baş verənlərə görə ətrafdakı binalar boşaldılıb, sakinlər ərazidən uzaqlaşdırılıb.

Polisin Begziçlə apardığı danışıqlardan sonra o təslim olub.

Mənbə: Cdm.me















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.