Abşeronda avtomobil gənc oğlanı vurub

30-12-2021, 09:05           
Abşeronda avtomobil gənc oğlanı vurub
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Nəsirov Nazim İltifat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beyinin ağır dərəcəli əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.