Uelsdə boz dələ 18 nəfəri dişləyib 30-12-2021, 10:05 Uelsin Flintşir qraflığının kiçik Bakli şəhərinin sakinlərini dəhşətə gətirən dələ ələ keçib.O, son iki gün ərzində 18 nəfəri dişləyib.Dələyə “Qremlinlər” filmindəki mənfi personajın adına uyğun olaraq “Strayp” ləğəbi verilib.Vəhşi heyvan 65 yaşlı Corrin Reynolds tərəfindən tələyə salınaraq Kral Heyvanları Müdafiə Cəmiyyətinə təhvil verilib.Doqquz nəvəsi olan qoca yay aylarından etibarən heyvanı bəsləyib. Dələ yemək və sığınacaq üçün mütəmadi olaraq onun bağına gəlib.Mənbə: lenta.ru Facebook-da paylaş