İngiltərədə məktəbli atasının ona aldığı minaaxtaranla bomba tapıb

31-12-2021, 00:04           
İngiltərədə məktəbli atasının ona aldığı minaaxtaranla bomba tapıb
İngiltərədə ata məktəbli oğluna Yeni İl hədiyyəsi olaraq minaaxtaran cihaz alıb.

APA “Daily Star” nəşrinə istinadla xəbər verir ki, Denni adlı yeniyetmə atası ilə birlikdə mağazadan çıxandan sonra cihazın işləmə funksiyasını öyrənmək məqsədilə onu işə salıb.

Bu zaman minaaxtaran dayanmada siqnal verməyə başlayıb. Pol və oğlu Denni cihazın tuşlandığı yeri maraq üçün qazmağa başlayıblar. Həmin yerdən qara ağır daşa bənzər əşya çıxıb.

Denni onu əlinə götürən zaman ətrafdakılardan biri uca səslə əşyanın bomba olduğunu deyərək, cəld onu yerə qoymasını bildirib.

Pol əvvəlcə polisə zəng edib, sonra isə aidiyyəti qurumlara xəbər edib. Bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru