Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətinində əldəqayırma partlayıcı qurğu partladılıb.
Modern.az xəbər verir ki, bu barədə"Anadolu" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Partlayış tibb mərkəzinin yaxınlığında törədilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Polisin ərazini mühasirəyə aldığı və axtarış əməliyyatına başladığı qeyd olunur.