İraqda qanlı qarşıdurmada 20 nəfər öldü

31-12-2021, 11:48           
İraqda qanlı qarşıdurmada 20 nəfər öldü
İraqda təhlükəsizlik qüvvələri ilə terror ittihamı ilə axtarışda olan şəxslər arasında qarşıdurma olub.

Teref.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb.

İraq ordusunun Babil Əməliyyat Komandanlığından verilən açıqlamaya görə, Babildə bir evdə terror ittihamı ilə axtarışda olan 2 nəfərə qarşı əməliyyat zamanı qarşıdurma yaşanıb.

Həmin vaxt evdə olanlar təhlükəsizlik qüvvələrinə atəş açıb.

Təhlükəsizlik qüvvələri cavab verib, qarşıdurmada eyni ailədən 20 nəfər həlak olub.

Açıqlamada təhlükəsizlik qüvvələri ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.