Ağsuda canavarlar mal-qara sürüsünə hücum edib

1-01-2022, 09:24           
Ağsuda canavarlar mal-qara sürüsünə hücum edib
Ağsu rayonunun Yenilik kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara sürüsü canavarların hücumuna məruz qalıb.

“Report” xəbər verir ki, hadisə kəndin dağlıq ərazisindəki Türmədərə adlanan yerdə baş verib. Kənd sakinlərin naxırını otaran Samir Musayev 4 canavarın mal-qaraya hücum etdiyini görüb. O, canavarları ərazidən qovmağa müvəffəq olub.

Qeyd edək ki, canavarların hücumuna məruz qalan mal-qara kənd sakini Orxan Karmukova məxsus olub. Kənd sakinlərinin sözlərinə görə, analoji hadisə dəfələrlə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru