Azərbaycanda buzlu yolda mikroavtobus aşdı, ölən və yaralılar var

1-01-2022, 16:05           
Azərbaycanda buzlu yolda mikroavtobus aşdı, ölən və yaralılar var
Kürdəmirdə ağır yol qəzası baş verib. Ölən və yaralananlar var.

Teref.az-ın APA-ya istinadən məlumatına görə, Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 1976-cı il təvəllüdlü Quliyev Elgiz Mirzə oğlunun idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Xəlilov Rahib Osman oğlu ölüb, bir neçə nəfər ağır yaralanıb.

İlkin məlumata görə, yaralılar siyahısı belədir:

Quliyev Elgiz Mirzə oğlu,

Xəlilova Şövkət Əhməd qızı,

İbrahimov Cəlal Qüdrət oğludur.

Digər yaralıların kimliyi barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru