80 il əvvəl Egey dənizində batan İtaliyanın sualtı qayığı tapılıb

2-01-2022, 12:35           
80 il əvvəl Egey dənizində batan İtaliyanın sualtı qayığı tapılıb
Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl batan İtaliyaya məxsus “Jantina” sualtı qayığını tapıblar.

APA xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.

5 iyul 1941-ci ildə “Jantina” sualtı qayığı göyərtəsində 48 dənizçi ilə Yunanıstanın Leros adasını tərk etdikdən sonra Britaniyanın “HMS Torbey” sualtı qayığından buraxılan torpedo ilə batırılıb.

“Jantina” Mikonos adasının cənubunda 103 metr dərinliyində aşkarlanıb. Sualtı qayıq İtaliyanın Dəniz Tarixi İdarəsinin qeydlərindən istifadə edilməklə müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru