Gürcü kriminal avtoritet oğlunun gözü qarşısında öldürüldü

3-01-2022, 07:28           
Gürcü kriminal avtoritet oğlunun gözü qarşısında öldürüldü
“Şotiko” ləqəbi ilə tanınan gürcü kriminal avtoritet Şota Tevdoradze Yunanıstanda qətlə yetirilib. Kutaisi şəhərində “qanuni oğrular”ın lideri hesab olunan 41 yaşlı Tevdoradze Afina şəhərində oğlunun gözü qarşısında öldürülüb.

Məlumata görə, insident yanvarın 2-də gecə saat 01:00 radələrində Şota Tevdoradze ailəsi ilə birgə evə qayıdarkən baş verib.

Naməlum şəxs kriminal avtoriteti başından güllələyib və hadisə yerindən uzaqlaşıb. Hazırda həmin şəxsin axtarışları davam edir. Polis Tevdoradzenin qətlə yetirildiyi yerdə üç giliz aşkar edib. (“Praym Kraym”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru