Sabunçuda gənc qadınlar xəstəxanaya çatdırıldı - BU DİAQNOZLA
4-01-2022, 09:37
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.