Sabiq icra başçısı bu vəzifəsini də itirdi – Yerinə vergi işçisi gətirildi

29-01-2022, 00:31           
Sabiq icra başçısı bu vəzifəsini də itirdi – Yerinə vergi işçisi gətirildi
Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

Qərar bu gün videokonfrans formatında “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi üçün keçirilən konfransda səsvermə yolu ilə verilib.
Belə ki, konfransda keçirilən müzakirələrdən sonra səsvermə yolu ilə Balaqadaşov Məhəmməd Müslüm oğlu YAP Xaçmaz rayon təşkilatının sədri seçilib.
Qeyd edək ki, M.Balaqadaşov uzun illər ləğv edilən Vergilər Nazirliyinin maliyyə və təminat departamentinin baş direktorunun müavini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru