Rusiyada dünyanın ilk İt Poçtu yaradılıb - FOTO

29-01-2022, 10:47           
Rusiyada dünyanın ilk İt Poçtu yaradılıb - FOTO
Rusiyanın paytaxtında İt Muzeyində dünyanın ilk İt Poçtu yaradılıb.
Bu barədə ideyanın müəllifi Valeri Suşkov danışıb.
Onun sözlərinə görə, tam dəst, ayrıca zərf və ya açıqcanı onlayn almaq mümkündür. Poçtalyon iti konverti, yaxud zərfi Rusiya Poçtunun ən yaxın filialına aparacaq, oradan isə sifarişçinin göstərdiyi ünvana göndəriləcək.

Bildirilir ki, istənilən it, əgər sahibi belə bir aksiyada iştirak etməyə hazırdırsa, poçtalyon ola bilər. Bunun üçün sadəcə muzeyə zəng edib razılaşmaq lazımdır.

O da qeyd olunub ki, İt Poçtunun açılması münasibətilə xüsusi olaraq eksklüziv ştempel buraxılıb, məhdud sayda zərflər, açıqcalar və kolleksiya markaları çap edilib.





Mənbə: Moslenta












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru