Bakıda məşhur gecə klubunda düşən davanın TƏFƏRRÜATLARI - VİDEO

30-01-2022, 11:28           
Bakıda məşhur gecə klubunda düşən davanın TƏFƏRRÜATLARI - VİDEO
Bakının Nizami rayonunda kütləvi dava düşüb. Hadisə gecə saatlarında "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən klublardan birinin yaxınlığında baş verib. Sosial şəbəkələrdə əvvəlcə məlumat yayılıb ki, dava yerli sakinlərlə ərəb turistlər arasında olub.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirib.

Belə ki, klubdan çıxan 4 ərəb turist arasında hələki bilinməyən səbəbdən mübahisə düşüb.

Ətrafda olanlar onları ayırmaq istəsələr də, bu mümkün olmayıb. Hadisə yerinə ərazi üzrə 25-ci polis şöbəsinin əməkdaşları gələrək onları ayırıblar. Ərəb turistlər bölməyə aparılıblar, tərcüməçinin iştrakı ilə onların izahatı alınıb. Daxili İşlər Nazirlyinin baş inspektoru Anar Qafarov hadisə ilə bağlı sosial şəbəkələrdə yayaılan məlumatlara aydınlıq gətirib

Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Polis Şöbəsində turistlər bir-birilərindən şikayətçi olmadıqlarını bildiriblər. İzahatları alınandan sonra həmin şəxslər sərbəst buraxılıblar. Aldığımız məlumata görə, onlar bu gün səhər saatlarında ölkələrinə qayıdıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.