London klubunun azarkeşi stadionda ürək tutmasından ölüb 30-01-2022, 12:31 İngiltərənin "Fulhem" klubunun azarkeşi dünyasını dəyişib."Report" London təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, hadisə Çempionşipin XXIX turunda "Blekpul"la ev matçında baş verib.Fanatın ürəyi dayandığı üçün qarşılaşma 41-ci dəqiqədə dayanıb. İlkin yardım göstərilməsinə baxmayaraq, tərəfdar xəstəxanada vəfat edib.Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb. Facebook-da paylaş