Cəbhənin Ağdam rayonu istiqamətində qismən sakitçilik olsa da, Tərtər istiqamətində döyüşlər hələ də davam edir.
Cebhe.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, Tərtər rayonu Qapanlı kəndinin sakinləri top mərmilərindən atəşə tutulub. Mərmilər Əsgərov İlqar Nəriman oğluna, Mirzəyrv İlham Əli oğluna, Abbasov Abbas Rasim oğluna məxsus yaşayış evi top mərmilərinin hədəfinə tuş gələrək yarasız vəziyyətə düşüb. Bundan başqa rayon sakunlərinə məxsus daha bir yardımçı bina dağıdılıb.
Tərtərin Qaradağlı kənd sakini Əhmədov Teymur İlham oğlunun da evinə top mərmisi düşərək evi dağıdıb. Həmin istiqamətdə atəşlər davam edir. 10:00-Ağdamda nisbi sakitlikliyə son qoyulub. Ağır artilleriyadan aramsız atışmalar başlayıb. Düşmən cavab atışi ilə susdurulur.