Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

1-02-2022, 11:07           
Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər
Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.

BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, "Lənkəran-Bazar” ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur.

Araşdırmalarımız zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir.

Qeyd edək ki, "Lənkəran-Bazar” ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru