Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin olundu

12-04-2016, 22:39           
Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin olundu
Prezident İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

teref.az president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, S. Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru