Ərini itirmiş qadını qardaşı öldürdü - BAKIDA AİLƏ DRAMI - TƏFƏRRÜAT

18-04-2016, 13:35           
Ərini itirmiş qadını qardaşı öldürdü - BAKIDA AİLƏ DRAMI - TƏFƏRRÜAT
Aprelin 17-də Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, qardaşı tərəfindən qətlə yetirilən 34 yaşlı Davidova Turanə Anatoli qızının həyat yoldaşı keçən ilin yanvar ayında intihar edib. Bundan sonra o, 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki mənzildə kirayə yaşamağa başlayıb. Dünən isə T.Davidovanın 39 yaşlı qardaşı Elşad onun evinə gələrək dava-dalaş salıb. Bu zaman o, bacısının döş qəfəsi nahiyəsinə sarsıdıcı zərbə vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Elşad Davidov ilkin ifadəsində bacısının keçirdiyi həyat tərzi ilə bağlı ona xəbərdarlıq etdiyini və münaqişənin də bu zaman yarandığını deyib.

Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru