Bu sahibkarların ölkədən çıxışa qadağa qoyula bilər

20-04-2016, 12:16           

Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyicilərinə qarşı ciddi tədbirlər görülür.

teref.az Vergilər.az saytına istinadən xəbər verir ki, borcu olan vergi ödəyicilərinin adları artıq keçən ildən başlayaraq ictimaiyyətə açıqlanır.

Bundan başqa, məhkəmənin qərarı ilə təkcə müğənnilər deyil, borcu olan hər bir vergi ödəyicisinin ölkədən çıxışına qadağa qoyula bilər. Əvvəllər bu qadağalar yalnız fiziki şəxslərə şamil olunurdusa, yanvarın 1-dən hüquqi şəxslərin icra qurumlarının rəhbərlərinə də aid edilir.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində borcuna görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı yerləşdirilib. Siyahıda ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslər 187, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 112 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru