Tutuquşu ilə dalaşdı, evinə polis gəldi

26-04-2016, 08:38           
Tutuquşu ilə dalaşdı, evinə polis gəldi
Kanadanın Brayton şəhər sakinləri qonşularını öz tutuquşusu ilə dava etdiyinə görə polisə veriblər.

Qonşuları quşu onun həyat yoldaşı kimi qəbul ediblər və kişinin öz arvadı ilə dalaşdığını düşünərək belə bir şikayət ediblər. Polisə eyni vaxtda bir neçə nəfər müraciət edib və onlar deyiblər ki, qonşuları hündürdən arvadı ilə dalaşır, onu ölümlə təhdid edir. Hadisə yerinə gələn polislər görüblər ki, kişi evdə təkdir. “Biz evə girəndə gördük ki, kişi öz tutuquşusuna qışqırır, çünki sonuncu onu söyürdü”.

Bunu da polis deyib və əlavə edib ki, kanadalı spirtli içki içsə də, tutuquşunun həyatına dair hər hansı təhlükə olmayıb. Polislər kişiyə qarşı hər hansı addım atmayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru