Onu işləməyə məcbur etdiyi üçün arvadını qayçı ilə öldürüb intihar etdi

12-06-2022, 09:58           
Onu işləməyə məcbur etdiyi üçün arvadını qayçı ilə öldürüb intihar etdi
Hindistanda 30 yaşlı kişi 23 yaşlı arvadını öldürərək intihar edib.


Hadisə Madha-Pradeş ştatının Cabalpur şəhərində baş verib. Mərhumun yaxınları ər-arvadın cəsədlərini onlara gələndə aşkar ediblər.

Mənbənin sözlərinə görə, hindistanlının 15 gün ərzində işə getməməsi həyat yoldaşını çox narahat edib. Qadın dəfələrlə ərinə işə getməsini desə də, həyat yoldaşı onun bu xahişlərinə məhəl qoymayıb.

Kişi yenidən evdə qalanda arvadı bu dəfə də onu işə getməyə məcbur etməyə çalışıb. Nəticədə cütlük arasında münaqişə yaranıb və ər arvadını qayçı ilə öldürüb. Bundan sonra o intihar edib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru