İraqda 13 nəfərdə vəba xəstəliyi aşkarlandı

20-06-2022, 08:09           
İraqda 13 nəfərdə vəba xəstəliyi aşkarlandı
İraqın Süleymaniyyə şəhərində 11 vəba xəstəsi aşkar edilib. Bundan başqa hərəsində 1 nəfər olmaqla Kərkük və Muthanna şəhərlərində də xəstələr müəyyən olunub.

Bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat verib. Qeyd olunur ki, Süleymaniyyədə daha 56 nəfərdən analiz götürülərək Bağdaddakı laboratoriyaya aparıllıb.

Son 10 gündə Süleymaniyyədə 4 mindən çox adam diareya və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib. Nazirlik bildirir ki, vəba qorxulu xəstəlik olsa da, müalicəsi mümkündür. Hələlik vəbadan ölüm qeydə alınmayıb.

İraqda sonuncu dəfə vəba xəstəliyi 2015-ci ildə müşahidə edilib. O zaman yüzədək bağdadlı bu xəstəliyə yoluxmuşdu./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru