Bakıda DƏHŞƏT: "Zil"in diski yerindən çıxdı, usta öldü

20-06-2022, 11:32           
Bakıda DƏHŞƏT: "Zil"in diski yerindən çıxdı, usta öldü
Bakıda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Teref.az-ın Lent.az-a istinadla məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Burada təkər təmiri sexlərindən birində “ZiL” markalı avtomobilin təkərinin diski qəflətən yerindən çıxıb. Disk sürətlə orada usta işləyən 48 yaşlı Allahverdiyev Allahyar Feyruz oğlunun başına dəyib.

Nəticədə A. Allahverdiyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru