"Başqasına quyu qazan..." - Ukrayna keçisi partlayıcı ilə 40 rusiyalı əsgəri yaraladı

21-06-2022, 09:04           
"Başqasına quyu qazan..." -
Zaporojye vilayətinin Konskiye Razdorı kəndində rusiyalılar xəstəxana ətrafına zəncirvari partlayıcı maddələr düzüblər.

Yerli keçi onları partladıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin Telegram-kanalında məlumat yayılıb.

Qeyd edilir ki, yerli xəstəxananın binasında 40 rusiyalı hərbçi yerləşib.

"Dairəvi mühafizə" məqsədilə onlar xəstəxananın perimetri boyunca bir-birinə bağlanan partlayıcı qurğular yerləşdirib", - məlumatda belə deyilir.

Bundan sonra yaxınlıqdakı təsərrüfatlardan birinin ərazisindən buraya bir keçi gəlib.

Xaotik hərəkətlər nəticəsində heyvan bir neçə qumbaranı "zərərsizləşdirib".

Döyüş sursatlarının zəncirvari partlamasından bir neçə rusiyalı müxtəlif ağırlıq dərəcəli yaralar alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru