Braziliyanın gözəllik kraliçası, 27 yaşlı Qleysi Korreya üç ay komada qaldıqdan sonra vəfat edib.
Bir neçə gözəllik müsabiqəsinin qalibi Korreya mart ayının sonlarında badamcıqlarını çıxarmaq üçün əməliyyat keçirmişdi. Bundan 5 gün sonra, aprelin 4-də daxili qanaxma baş verdiyi üçün reanimasiyaya yerləşdirilmişdi.
Mərhumun ailəsi onun bu aylar ərzində komada olduğunu bildirib. Daily Mirror