Ukraynadan işğalçılara daha bir zərbə - 200 hərbçi, 8 tank, 1 helikopter...
23-06-2022, 10:58
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 34 430 (200+) canlı qüvvəsi, 1 504 tankı, 3 632 zirehli döyüş maşını, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 183 helikopteri, 620 dronu, 137 qanadlı raketi, 14 gəmi/kateri, 2548 avtomobil texnikası və yanacaq çəni və 60 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətlərində verib.