Yanğınsöndürənlər gözəllik salonunun qapısının içinə girən ilanı çıxarıblar - VİDEO

25-06-2022, 10:34           
Yanğınsöndürənlər gözəllik salonunun qapısının içinə girən ilanı çıxarıblar - VİDEO
Sivasda gözəllik salonlarından birinin qapısının içinə 1,5 metr uzunluğunda ilan girib.

Hadisə Kümbet məhəlləsindəki gözəllik salonunda baş verib. Alüminium qapının içərisində ilanı görən işçilər yanğınsöndürənlərə məlumat veriblər. Bölgəyə gələn yanğınsöndürənlər ilanı girdiyi yerdən çıxara bilmədiklərinə görə qapını sökərək yanğınsöndürmə məntəqəsinə aparıblar.

Burada qapının bir hissəsini kəsərək ilanı girdiyi yerdən çıxarmağa nail olublar. 1,5 metr uzunluğundakı ilan təbiətə buraxılıb.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru